Bu ölkə Ermənistanla aramızda yeni vasitəçi olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi rolunu üzərinə götürə bilər və Tiflisin belə istəyi alqışa layiqdir. Lakin hazırda Gürcüstanın bu funksiyanı tam yerinə yetirmək üçün kifayət qədər resursu yoxdur”.
Bunu “Geocase” analitik mərkəzinin rəhbəri, gürcü ekspert Viktor Kipiani deyib.
“Gürcüstanın vasitəçi roluna ehtiyatla, amma nikbin baxıram. İstənilən halda, mənəvi, psixoloji, siyasi və ideoloji baxımdan Gürcüstanın yardım göstərməyə hazır olması alqışa layiqdir. Hazırda mühüm geosiyasi dəyişikliklər baş verir ki, bu da ilk növbədə Ukraynadakı proseslərlə bağlıdır. Qarabağ müharibəsinin nəticələri Ermənistanın daxili və xarici siyasətinə böyük təsir göstərib.
Digər tərəfdən, məhz bu nəticələr yeni imkanlar yaradıb. Əvvəla, bu, Bakı ilə İrəvan arasında danışıqlara aiddir, danışıqlar çətin getsə də, sülh müqaviləsinin imzalanması ilə yekunlaşacağına ümid var. Gürcüstan da sülh müqaviləsinin imzalanmasını gözləyir. Bu, regionda üç ölkənin maraqlarının bir araya gəlməsi üçün ilkin şərtlər yaradacaq, onu təkcə coğrafi deyil, həm də geoiqtisadi baxımdan daha qlobal rəqabətədavamlı və cəlbedici edəcək”, – o bildirib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
