Bu, ölkənin transformasiyasında mühüm rol oynadı | İlham Əliyev - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz 30 ildən artıq davam edən tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu, ölkənin transformasiyasında mühüm rol oynadı. Çünki bp və Azərbaycan 1994-cü ildə birgə fəaliyyətə başlayanda Azərbaycan ciddi problemləri olan ölkə idi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
“Həmin dövrdə bizim Ermənistanın təcavüzü nəticəsində etnik təmizləməyə məruz qalaraq didərgin salınmış bir milyon evsiz insanımız var idi. Büdcəmizdə vəsait sıfır idi. Elektrik enerjisi kəsintilərimiz var idi, elektrik enerjisi çatışmırdı, hətta neft hasilatı sürətlə azalırdı və uğur qazanmaq perspektivi çox aşağı idi. Beynəlxalq neft şirkətlərindən, əsasən bp və başqalarından investisiyalar cəlb olunması bizim həyatda qalmağımız və dövlət qurmağımız üçün yeganə yol idi. Beləliklə, bp və digər şirkətlərin bizə etimadı mühüm rol oynadı, biz bunu heç vaxt unutmayacağıq”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
