"Burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır" | İlham Əliyev - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türk dünyası və Qafqaz – bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.
Bu barədə Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən danışıb.
“Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir”, – dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Monteneqronun Baş naziri Miloyko Spayiç Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Azərbaycandan Türkiyəyə təbrik | Zelenskidən çağırış: dördtərəfli görüş olacaq? - YENİ BİR SƏHƏR
- Dövlət başçısı Donald Trampın xoş sözlərinə görə səmimi minnətdarlığını ifadə etdi - Baku TV
- Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Baku TV
- İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
