Cəbrayılda “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı olub
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiyanın Tatarıstan Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov görülən işlər barədə məlumat verib.
Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir.
Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək.
Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan üzərindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradır.
#Cəbrayıl teqi istifadə olunub
- Cəbrayılın Həsənli və Quycaq kəndlərində aparılan minatəmizləmə işlərinə baxış keçirilib - Baku TV
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Mal əti niyə bu qədər bahalaşdı? | Türkiyənin təhlükəsiz dəhliz planı reallaşacaq? - YENİ BİR SƏHƏR
- Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV
- Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV
