Pleyeri seçin:

Cənubi Qafqazda yeni geosiyasi reallıq | Türkiyəli analitikdən Zəngəzur açıqlaması

12 avqust 2025 463 baxış

“Amerikalıların Zəngəzura gələcəkləri bizi bir qədər narahat etsə də, yolun açılması ilə Türkiyənin türk dünyasına birbaşa çıxışının təmin olunacağını nəzərə aldıqda, baş verənlərin müsbət tərəflərini də görmək olar”.

Bunu türkiyəli analitik Hasan Öztürk deyib.

“Türkiyə bu dəhlizlə türk dünyası ilə birləşəcək. Amerikanın həvəsini görüb onu da söyləyə bilərik ki, bu, həm də qlobal ticarətdə mühüm rol oynayacaq. Amma bizim üçün əsas məsələ Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmir yolu ilə birbaşa əlaqənin olmasıdır. Bu, o deməkdir ki, Bakıdan çıxan avtomobil Naxçıvana asanlıqla çatacaq. Biz də İstanbuldan maşınla Bakıya qədər gedə biləcəyik”, – ekspert bildirib.

Öztürk qeyd edib ki, Cənubi Qafqaz, xüsusən də Azərbaycan və Ermənistan üçün yeni dövrdə Türkiyə ilə birlik həlledici olacaq:

“Beləliklə, Türkiyə ilə Ermənistan arasında sərhəd keçidinin açılması ilə bölgədə iki yeni sülh dəhlizi olacaq. Akyaka və Alican sərhəd-keçid məntəqələri Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ilə açılacaq. Nəticədə 1993-cü ildən bağlanan Türkiyə-Ermənistan sərhəd keçid məntəqələrinin açılması bölgədə sülh mühiti yaradacaq”.

Türk ekspert Qərbi Zəngəzurun Azərbaycanın tarixi bölgəsi olması faktına da diqqət çəkib:

“200 il əvvəl türk-müsəlman əhalisini deportasiyaya məruz qoyan Çar Rusiyası Zəngəzur bölgəsini ermənilərin üzünə açdı. Əslində, müzakirə etdiyimiz məsələ – Zəngəzur dəhlizi Zəngəzur bölgəsinin tarixi mülkiyyəti ilə bağlı mübahisələrə yol açır”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 463 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 463 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 463 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 463 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 463 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 463 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 463 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 463 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 463 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 463 baxış
Seçilmişlər
icon