Pleyeri seçin:

Cənubi Qafqazda yeni müharibə təhlükəsi | Elçin Əmirbəyovdan açıqlama

03 yanvar 2024 236 baxış

“Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa bundan yalnız faydalanacaq”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.

O vurğulayıb ki, Avropa ölkələri buna ciddi kömək edə bilməsə, Azərbaycan onların ən azı buna mane olmayacağını gözləyir.

E.Əmirbəyovun sözlərinə görə, Avropa İttifaqı (Aİ) vahid struktur deyil, ayrı-ayrı Aİ ölkələrinin mövqeləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərir:

“Mən Aİ ölkələrinə müraciət etmək istərdim ki, onlar Azərbaycanın sülh prosesini tez bir zamanda başa çatdırmaq və Ermənistanla sülh sazişi imzalamaq istəyini dəstəkləsinlər. Bu, bizə düşmənçilik səhifəsini çevirməyə və bütün Cənubi Qafqaza hər üç ölkənin mehriban qonşu olacağı zaman tədricən normal həyata başlamağa imkan verəcəkdir.

Bu perspektivə xələl gətirə biləcək hər hansı addım və bəyanatlardan çəkinməyi xahiş edirəm. Təəssüf ki, Avropa İttifaqı hələ tam vahid struktur deyil və biz ayrı-ayrı ölkələrin mövqelərinin Cənubi Qafqazda uzunmüddətli, ədalətli sülhün əldə olunması prosesinə necə mənfi təsir etdiyini görürük”.

Onun sözlərinə görə, Avropa İttifaqı xoşbəxt olmalıdır ki, onun birbaşa qonşuluğunda, xüsusən də Cənubi Qafqazda yeni müharibə perspektivi olmasın.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 236 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 236 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 236 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 236 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 236 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 236 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 236 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 236 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 236 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 236 baxış
Seçilmişlər
icon