Pleyeri seçin:

Prezidentin nümayəndəsi Ermənistanla münasibətlərdən danışdı

06 iyul 2025 635 baxış

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə deyib.

Elçin Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib.

Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğunu vurğulayıb.

Müsahibədə Elçin Əmirbəyov Azərbaycanın Latın Amerikası regionundakı ölkələrlə əlaqələrinə böyük əhəmiyyət verdiyini, Meksikanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu və səfərinin iki ölkə arasında mövcud siyasi dialoqa töhfə vermək məqsədi daşıdığını bildirib.

Qeyd olunub ki, Azərbaycan ilə Meksika arasında iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, turizm, təhsil, elm, idman, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələr arasında nümunəvi parlamentlərarası münasibətlər fonunda hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları arasında fəal əməkdaşlıq əlaqələri formalaşıb.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 635 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 635 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 635 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 635 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 635 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 635 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 635 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 635 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 635 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 635 baxış
Seçilmişlər
icon