Ceyhun Bayramov ABŞ rəsmisini Ermənistanın təxribatları barədə məlumatlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimlə telefonla danışıb.
Söhbət zamanı Bakı və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər və bölgədə vəziyyət müzakirə olunub. Ceyhun Bayramov Ermənistanın bölgədə qəsdən vəziyyəti gərginləşdirdiyini, müxtəlif bəhanələrlə sülh prosesinə maneçilik törətdiyini bildirib.
Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və “Laçın” sərhəd-buraxılış məntəqəsinə qarşı davam etdirdiyi təxribatlarının qəbuledilməz olduğunu vurğulayıb.
Nazir bildirib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin buna qarşı çıxmasının “blokada” və uydurma humanitar vəziyyət barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edir.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV
- "Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında
- Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
