Ceyhun Bayramov antiterror tədbirlərindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Sülh istiqamətində son 3 il ərzində atılan bütün addımlar Azərbaycan tərəfindən edilib”.
Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, 3 il ərzində Ermənistan və onun qurduğu qurama təsisatlar bir qədər özlərinə gələndən sonra himayədarlarının dəstəyi ilə Azərbaycan tərəfindən uzadılan əli geri itələdi, yenə siyasi və hərbi təxribatlara üz tutdu. Xüsusən ərazimizdə ağır silahlarla silahlanmış ordu saxladı və onun ərazimizdən çıxarılmasına qarşı çıxdı.
“Daha sonra biz siyasi təxribatların, “müstəqillik günləri”nin qeyd edilməsi, “seçkilər”in keçirilməsinin şahidi olduq. Nəhayət, hərbi təxribat nəticəsində 6 nəfər insanımızı itirdik və 6 nəfər də yaralandı. Azərbaycanın çağırışları nəticə vermədiyi üçün antiterror tədbirləri keçirməyə məcbur oldu və dünya da gördü ki, Ordumuz heç bir mülki obyekti hədəf almadan separatçıları zərərsizləşdirdi. Nəticədə qurama rejim təslim olaraq Azərbaycanın legitim tələblərini qəbul etməyə vadar oldu.
Prezident İlham Əliyevin dediyi kimi, əgər 3 il əvvəl Azərbaycan öz ərazi bütövlüyü bərpa etmişdisə, 20 sentyabr tarixində öz suverenliyini tam bərpa etdi”, – deyə XİN rəhbəri əlavə edib.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
