Ceyhun Bayramov İlham Əliyevə təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
C.Bayramov bununla bağlı “Twitter” hesabında paylaşım edib.
"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!", – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının bir sıra əməkdaşlarına diplomatik rütbələr verilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
