Ceyhun Bayramov mətbuat konfransında vətəndaşlara çağırış etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna münaqişəsi başqa region ölkələrinə qlobal mənada ciddi təhdid yaradır.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycan və digər qardaş ölkə vətəndaşlarına müraciət edərək demək istəyirəm ki, hərbi münaqişə zonalarından uzaq dursunlar", – deyə nazir vurğulayıb.
O, üç gün bundan öncə Azovda iki gəmiyə dron hücumu zamanı 4 Azərbaycan vətəndaşının həlak olması, dördünün yaralandığını xatırladıb və qeyd edib ki, savaş davam etdikcə belə hallardan sığortalanmaq mümkün deyil.
Ceyhun Bayramov bildirib ki, hərbi münaqişələrin təsirlərini müəyyən coğrafi çərçivədə saxlamaq olduqca çətindir.
Nazir qeyd edib ki, Azərbaycan hər zaman müharibələrin dayandırılmasının, atəşkəsə nail olunmasının və problemlərin diplomatik-siyasi yollarla həllinin vacibliyini vurğulayır.
Ceyhun Bayramov beynəlxalq ictimaiyyətin münaqişələrin dinc yolla həlli istiqamətində səylərini artırmasının vacibliyini diqqətə çatdırıb.
"Onu tam bir coğrafiya daxilində, hansısa qaydalar şərtində saxlamaq və proqnozlaşdırmaq çətindir. Azərbaycan dövləti olaraq savaşın dayanması, onun diplomatik və siyasi həllinin tapılması, ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülh üçün addımların önəmini qeyd edirik", – deyə nazir vurğulayıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
