Pleyeri seçin:
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyasının səs çoxluğu ilə irəlidə olması münasibətilə M.Çavuşoğluna təbriklərini çatdırıb.
Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub. M.Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.
Kopyalandı
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
