Ceyhun Bayramov sülh müqaviləsi ilə bağlı detalları açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, sülh gündəliyi ilə bağlı Azərbaycan iyun ayının sonunda Ermənistan tərəfinə təkliflər göndərib:
"Münasibətlərə gəldikdə açıq sualların sayı xeyli məhdudlaşıb. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar atmaqlarını gözləyirik".
C.Bayramov vurğulayıb ki, sülhlə bağlı Azərbaycanın mövqeyi çox açıq qeyd olunub.
"Azərbaycan dövləti sülh gündəliyinin müəllifidir. 44 günlük müharibədən sonra qısa müddətdə cənab Prezident çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi", – o deyib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
