Ceyhun Bayramov Türkiyə Prezidentinin baş müşaviri ilə nələri müzakirə etdi?
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələrindən və regional formatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə səylərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Bununla yanaşı, Ceyhun Bayramov kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının vacib olduğunu bildirib.
Sülh və sabitliyin təminatı üçün Ermənistanın ölkəmizin ərazisindən qanunsuz silahlı birləşmələrini çıxarmasının və təhrikçi addımlardan çəkinməsinin zəruri olduğu qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
- Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV
