Pleyeri seçin:

Ceyhun Bayramov və Kaya Kallas əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib - Baku TV

05 may 2026 495 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ölkəmizdə səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında təkbətək görüş baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müzakirələr daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin bütün spektri, o cümlədən siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, habelə ikitərəfli tərəfdaşlıq gündəliyinin gələcək inkişaf perspektivləri ətrafında hərtərəfli müzakirələr aparılıb.

Enerji sahəsində iş birliyinə, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı roluna və bərpaolunan enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.

Müzakirələr zamanı ticarət və investisiya, iqtisadi şaxələndirmə, rəqəmsallaşma, innovasiya və sənaye sahələrində tərəfdaşlıq məsələlərinə toxunulub.

Eyni zamanda nəqliyyat-logistika əlaqələri, xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri nəzərdən keçirilib. Tərəflər regional və beynəlxalq təhlükəsizlik, münaqişədən sonrakı bərpa və yenidənqurma işləri, humanitar minatəmizləmə prosesi və Cənubi Qafqazda normallaşma səylərini müzakirə ediblər.

Görüşdə regionda davamlı sülh və sabitliyin əldə olunmasının vacibliyi vurğulanıb.

Banner
Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Siyasət
04 noyabr 2026 495 baxış
Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Siyasət
04 noyabr 2026 495 baxış
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 495 baxış
Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 495 baxış
Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 495 baxış
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 495 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 495 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 495 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 495 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 495 baxış
Seçilmişlər
icon