Ceyhun Bayramov: Xəzərdən dinc məqsədlər üçün istifadə etmək vacibdir
Yeniliklərdən dərhal xəbərdar olun
“Görüşümüz regionda və dünyada yüksək çaxnaşmaların baş verdiyi bir şəraitdə keçir və bu, bizdən dövlətlərimizin Xəzərdəki fəaliyyətinin Xəzərin hüquqi statusu haqqında Konvensiyada öz əksini tapmış prinsiplərinə ciddi riayət olunmasına lazımi diqqət yetirməyi tələb edir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.
“Xəzər dənizindən, məsələn, suverenliyə, ərazi bütövlüyünə hörmət, güc tətbiq etməmək və ya yalnız dinc məqsədlər üçün istifadə etmək, habelə qarşılıqlı təhlükəsizlik, hamının maraqlarını nəzərə alaraq hərbi fəaliyyət göstərmək vacibdir.
Bu, heç şübhəsiz ki, Xəzər regionunun çiçəklənməsinin açarıdır və eyni zamanda Xəzərin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qorunub saxlanmasına xidmət edəcəkdir”, – deyə o bildirib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
