Ceyhun Bayramovdan İrəvana çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistanın destruktiv mövqeyindən çəkinərək danışıqlar masasına geri qayıtması zəruridir".
Bunu xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşündə deyib.
Bununla yanaşı, ölkəmizin sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə qarşı tərəf məlumatlandırılıb. Ceyhun Bayramov və Leo Dokerti sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar.
Baş diplomat Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb. Həmçinin Laçın yolu ətrafında yaranan son vəziyyət barədə danışıb.
Bildirib ki, etirazlar Laçın yolunun sui-istifadəsinə və qeyri-qanuni iqtisadi fəaliyyətə qarşıdır. Blokada və humanitar vəziyyətlə bağlı iddiaların heç bir əsası yoxdur.
Ceyhun Bayramov o cümlədən bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə dekabrda keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, ölkəmizin prosesə sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirdiyini diqqətə çatdırıb.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
