Çin Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirdi | ŞƏT-də yeni səhifə açılır
Azərbaycanla Çin arasında imzalanan Birgə Bəyanata əsasən, tərəflər qlobal idarəetmə və beynəlxalq hüquq prinsiplərinə sadiqliyi vurğulayıblar.
Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tezliklə üzvlüyünü dəstəkləyir, ticarət və investisiya mühitinin liberallaşdırılması və çoxtərəfli ticarət sisteminin qorunması məqsədilə birgə fəaliyyətə çağırış edilir.
Azərbaycan Çinin irəli sürdüyü Qlobal İnkişaf, Təhlükəsizlik və Sivilizasiya Təşəbbüslərini fəal dəstəkləyir və bu sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirir.
“Bakı Prosesi” çərçivəsində sivilizasiyalararası dialoqun təşviqinə dair Azərbaycanın təşəbbüsləri Çin tərəfindən yüksək qiymətləndirilib.
Əsas vurğulardan biri isə Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlıdır. Azərbaycan Çinin təşkilata sədrliyini və bu çərçivədəki təşəbbüslərini dəstəkləyir, bu təşkilatda hüquqi statusunun gücləndirilməsini və üzv ölkələrlə əməkdaşlığın dərinləşdirilməsini prioritet hesab edir.
Eyni zamanda Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində sədrliyini və “Daha Güclü AQEM” təşəbbüsünü dəstəkləyib.
Prezident İlham Əliyev səfər zamanı göstərilən qonaqpərvərliyə görə Çin rəhbərliyinə təşəkkür edib və Sədr Si Cinpini Azərbaycana rəsmi səfərə dəvət edib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
