Çin və Azərbaycan arasında reallaşdırılmayan böyük potensial var | İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
“Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb”.
Bunu Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı iki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensialın mövcud olduğunu vurğulayıb.
“Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq”, ‒ deyə Prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, onun Çinin Sədri Si Cinpinlə Astanadakı görüşü və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.
“ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir.
Yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inanıram”, ‒ Prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığın genişləndirildiyini, bu istiqamətdə artıq mühüm uğurların qazanıldığını bildirib.
“Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”, ‒ deyə Azərbaycan Prezidenti bildirib.
Dövlət başçısı qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətlərinin yüksələn xətlə inkişafından şad olduğunu, iki ölkənin strateji tərəfdaşlığının isə yeni müsbət məzmunla zənginləşdiyini bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
