Pleyeri seçin:

COP29 tədbirinə kölgə salmaq istəyənlər kimlərdir? | Deputatın iç üzü ortaya çıxdı

12 sentyabr 2024 604 baxış

Azərbaycan torpaqları işğal altında olduğu zaman ölkəmizə qarşı ədalətsiz mövqedə dayanan Qərb rəsmiləri işğalla bağlı səssizliklərini torpaqlarımızın azad edilməsindən sonra qərəzli ritorika ilə əvəzləyiblər.

Azərbaycanın adı keçən məclislərdə hər zaman düşmən mövqeyi ilə seçilən Avropa Parlamentinin almaniyalı deputatı Frank Şvabe növbəti hücuma start verib.

F.Şvabe bu dəfə Azərbaycanda "siyasi məhbus" probleminin olduğunu dilə gətirib. Uzun illərdir ki, avropalı siyasətçilər "insan haqları", "demokratiya", "siyasi məhbus" kimi ifadələrdən istifadə edərək özlərinə boyun əyməyən ölkələri vurmağa çalışırlar.

Rəsmi Bakı ilə təzyiq dilində danışmağın qeyri-mümkün olduğunu F.Şvabeni üstümüzə qısqadanlar da yaxşı bilirlər. Hərgah onların məqsədi COP29 tədbirinə kölgə salmaqdır. Əvvəllər də “Avroviziya”, Avropa Oyunları, İslam Oyunları, “Formula 1” yarışları öncəsi Azərbaycana qarşı bu cür böhtanlar atılsa da, bədxahlar hər dəfə uğursuzluğa düçar olublar.

Azərbaycanda olmayan siyasi məhbusları axtaran F.Şvabe və onun ağaları Ermənistanda baş verən hadisələrə susurlar. Ölkəmizə qarşı amansız böhtanlar yağdıran bu psevdohumanist deputat 2019-cu ildə Ermənistanda həbsxanada aclıq aksiyası keçirən müxalif jurnalist Mher Yegiazaryanın vəfat etməsi, 2022-ci il iyulun 15-də müxalif siyasətçi Armen Qriqoryanın elə məhkəmə zalında müəmmalı şəkildə ölməsi faktlarını görməzliyə vurur.

Vəziyyət o həddə çatıb ki, ədalət anlayışını itirmiş bu avropalı deputat öz mandatından utanmayaraq Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin hazırlanmasında yaxından iştirak edib. Bu onun erməni ağalarından pul qoparmaq üçün təqdim edəcəyi yeganə layihəsi idi.

Bunlara maliyyə ayıran cahillər isə anlamırlar ki, İlham Əliyevə hansısa formada təzyiq etmək qeyri-mümkündür. Prezident İlham Əliyev ona olan xalq dəstəyinə arxalanaraq bədxahların bütün cəhdlərini boşa çıxarır. Bunu F.Şvabe və onun əqidə yoldaşları da bilir. Sadəcə bu onları maraqlandırmır. Onları düşündürən bu yolda daha çox pul qazanmaqdır.

44 günlük müharibədən əvvəl torpaqlarımız işğal altında olarkən azərbaycanlı qaçqınların taleyi haqda danışmayan F.Şvabe müharibədən sonra Qarabağı könüllü tərk edən ermənilərlə bağlı ardıcıl bəyanatlar səsləndirirdi. Alman siyasətçi iddia edirdi ki, Azərbaycan bütün xristian abidələrini məhv edəcək. Lakin demokratik dəyərlərdən danışan bu şəxs ermənilər tərəfindən dağıdılan, təhqir edilən müsəlman məscidləri haqqında bir cümlə də danışmayıb.

Sadalanan faktlardan göründüyü kimi, Frank Şvabeyə Azərbaycana qarşı böhtan atmaq üçün səbəb lazım deyil. Hətta səbəb olmayanda o, olmayan "siyasi məhbus" problemini belə gündəmə gətirə bilir. Lakin bu şəxs bilməlidir ki, onun yalanları yalnız erməni ağaları üçündür, Azərbaycanda bu deputatın neçə üzlü olduğunu artıq çox yaxşı bilirlər.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 604 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 604 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 604 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 604 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 604 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 604 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 604 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 604 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 604 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 604 baxış
Seçilmişlər
icon