Pleyeri seçin:

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

22 noyabr 2024 788 baxış

Baku TV “COP-BAKU” layihəsi çərçivəsində COP29-un on ikinci günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, COP29 çərçivəsində açıqlama verən Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropanın yalnız öz öhdəliklərini yerinə yetirməklə kifayətlənməyəcəyini, həm də bütün dünyada iqlim ədalətini təmin etmək üçün qlobal əməkdaşlıq axtarışında olacağını deyib:

“Bakıda qitələri əhatə edən iqlim koalisiyasının yaradılması üçün dünən axşam və səhərə qədər görüşləri davam etdirdik. Bu, açıq şəkildə o deməkdir ki, iqlimin maliyyələşdirilməsinə yeni yanaşma lazımdır. Avropa etibarlı tərəfdaşdır və 2005-2030-cu illər arasında öz öhdəliklərini yerinə yetirməyə davam edəcək”.

Müxtəlif sahələrdəki fəaliyyətlərlə iqlimlə mübarizəyə töhfə verən iştirakçılar öz təcrübələrini “COP-BAKU” verilişi ilə bölüşüblər.

CAR-lı iş iştirakçı Paleni İyer COP tədbirinə ilk dəfədir qatıldığını bildirib:

“Əsas gözləntilərim bu günün gəncləri üçün önəmli dəyişikliklərin olmasını görməkdir. Onlar dünyanın müxtəlif ölkələrindən bura gəliblər və çox çalışırlar. Bunun nəhayətində müəyyən dəyişikliklər görmək istəyirik. Biz tezliklə 2030-cu il dayanıqlı inkişaf məqsədlərinə nail olmalıyıq”.

Seneqallı iştirakçı Penda Mbaye isə tədbirin möhtəşəm olduğunu söyləyib:

“İlk dəfədir COP tədbirində iştirak edirəm və Azərbaycana da birinci dəfədir gəlirəm. Burada insanlar çox mehriban, yardımsevər və açıqfikirlidirlər. Öncədən COP-da olmadığıma görə əsas mərhələlər üzrə fikir bildirməyəcəyəm. Ancaq əminəm ki, bu COP tədbiri mütləq bütün uğurları əldə edəcək”.

Tədbirin 12-ci günündə COP Sədrliyi gərgin keçən müzakirələrdən sonra son vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, COP29 Sədrliyi Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdən ən azı 1,3 trilyon ABŞ dolları hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edib.

Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyətinə ayrılan ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin ildə 250 milyard ABŞ dollarına çatdırılması hədəf kimi göstərilib. Sonda isə qeyd olunub ki, COP Sədrliyi çox şəffaf və inklüziv çalışacaq ki, daha yüksək ambisiyalı mümkün nəticə əldə edilsin.

2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

Siyasət
25 sentyabr 2026 788 baxış
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - Baku TV

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - Baku TV

Siyasət
24 sentyabr 2026 788 baxış
Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası

Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası

Siyasət
24 sentyabr 2026 788 baxış
"Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM

"Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM

Siyasət
24 sentyabr 2026 788 baxış
NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV

NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV

Siyasət
24 sentyabr 2026 788 baxış
Ərdoğan-Paşinyan görüşündə Azərbaycan məsələsi gündəmdə olub? - Baku TV

Ərdoğan-Paşinyan görüşündə Azərbaycan məsələsi gündəmdə olub? - Baku TV

Siyasət
24 sentyabr 2026 788 baxış
Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 788 baxış
İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 788 baxış
İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

Siyasət
24 sentyabr 2026 788 baxış
Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Siyasət
24 sentyabr 2026 788 baxış
Seçilmişlər
icon