Pleyeri seçin:

Daşkənddə keçiriləcək görüşlərin detalları məlum oldu - Baku TV

23 avqust 2026 238 baxış

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayır.

Səfər çərçivəsində Azərbaycan və Özbəkistan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi planlaşdırılır. Zirvə görüşünün gündəliyinə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi daxildir.

Danışıqların sonunda bir sıra mühüm sənədlərin imzalanması, həmçinin iqtisadi və humanitar layihələrə start verilməsi gözlənilir.

Azərbaycan–Özbəkistan münasibətləri son illərdə dostluq və qardaşlıq əlaqələrindən strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Bu əlaqələrin təməlində ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, iki ölkə liderləri arasında formalaşmış qarşılıqlı etimad və siyasi dialoq dayanır.

Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi münasibətlərin intensivliyini göstərir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri baş tutub. Bu səfərlər zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirib.

2023-cü ilin avqustunda yaradılan Ali Dövlətlərarası Şuranın artıq iki iclası keçirilib. Daşkənd və Bakıda keçirilən iclaslar uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi və yeni təşəbbüslərin əlaqələndirilməsi baxımından mühüm platformaya çevrilib.

Hazırda Bakı ilə Daşkənd arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. İki ölkə arasında həyata keçirilən ortaq layihələr və qarşılıqlı siyasi dəstək Türk dünyasında əməkdaşlığın gücləndirilməsinə də mühüm töhfə verir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 238 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 238 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 238 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 238 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 238 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 238 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 238 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 238 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 238 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 238 baxış
Seçilmişlər
icon