“Dinamik əlaqələrin inkişafı göstərir ki...” | Azərbaycan və Slovakiya prezidentləri bir arada
Yeniliklərdən dərhal xəbərdar olun
“Şadam ki, Slovakiya–Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”.
Bu sözləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında deyib.
Keçən il Slovakiya Respublikasına səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkürünü bildirib və vurğulayıb ki, belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini aydın göstərir.
Dövlət başçısı əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq yalnız dialoqla kifayətlənmir, həm də praktiki layihələr həyata keçirilir:
“Bu gün biz bir çox məsələləri müzakirə etmişik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün ki, hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq aparılır və təkcə dialoq yox, praktik işlər də həyata keçirilir”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
