Pleyeri seçin:

Dini rəhbərlərdən hərbi cinayətlərdə ittiham olunan ermənilərlə bağlı Kir Starmerə müraciət

25 mart 2025 538 baxış

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə müraciət ünvanlayıblar.

“Müxtəlif dinlərə mənsub insanların tarixən birlikdə sülh və harmoniya şəraitində yaşadıqları Azərbaycanın dini liderləri olaraq Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyanın və Böyük Britaniyanın bir neçə bəzi din xadimi ilə birgə sizə ünvanladığı, yanlışlıq yaradan son məktubla bağlı dərin narahatlığımızı bildirmək üçün sizə müraciət edirik”, – deyə dini konfessiya rəhbərləri bildiriblər.

Qeyd edilib ki, hazırda Azərbaycanda məhkəmə qarşısına çıxan erməni vətəndaşlar “əsir” və ya “hərbi əsir” deyillər.

“1991-2023-cü illərdə, eləcə də SSRİ-nin son illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü çərçivəsində azərbaycanlılara qarşı ağır hərbi cinayətlər törətdiklərinə dair çoxsaylı etibarlı və konkret sübutlar mövcuddur. Əsassız iddialara baxmayaraq, bu şəxslərin vəkil hüququ təmin olunur, heç vaxt hər hansı bir pis rəftardan şikayət etməyiblər və məhkəmə prosesləri şəffaf şəkildə aparılır.

Bu məhkəmə prosesi günahsız təcavüz qurbanlarının hüquqlarının təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi və hərbi təcavüzdə, insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə Azərbaycanın münaqişədən sonrakı səylərinin bir hissəsidir.

Ona görə də həmin erməni şəxslərin azad edilməsi çağırışları müharibə cinayətlərinin qurbanı olmuş minlərlə azərbaycanlıya hörmətsizlik, eləcə də Azərbaycanın məhkəmə sisteminə müdaxilə əlamətidir. Cəzasızlıqla barışmaq olmaz.

Təəssüf ki, bəzi erməni din xadimləri sülh prosesini pozmaq üçün Ermənistan ilə Azərbaycan arasında əvvəlki münaqişə kontekstində ixtilaf doğuran dini ritorikadan istifadə ediblər”, – deyə dini konfessiya rəhbərləri Kir Starmerə müraciətlərində bildiriblər.

Vurğulanıb ki, erməni cəmiyyətindəki bu daxili fikir ayrılıqlarının indi başqa ölkələrə yayılması təəccüblü olmasa da, London arxiyepiskopu və Böyük Britaniyanın bəzi digər dini liderlərinin yalan şərhlər əsasında bölgəmizdə siyasi müzakirələrə cəlb edilməsi narahatlıq doğurur. 

Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 538 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 538 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 538 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 538 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 538 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 538 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 538 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 538 baxış
Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Siyasət
25 sentyabr 2026 538 baxış
2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

Siyasət
25 sentyabr 2026 538 baxış
Seçilmişlər
icon