Pleyeri seçin:

Dinləmələr zamanı səsləndirilən iddiaları qətiyyətlə pisləyirik | XİN

20 sentyabr 2024 324 baxış

“Erməni diasporu tərəfindən maliyyələşdirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu kimi bəyanatları qətiyyətlə pisləyirik”.

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı yerli medianın sualına cavabında deyib.

Bildirilib ki, həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermənistanda fundamental insan hüquq və azadlıqlarının pozulması, o cümlədən siyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlak olması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiq hallarına fokuslanması daha məqsədəuyğun olardı:

“Dinləmələrdə istinad edilən qondarma “Artsax” Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının “Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-nin 80-242 saylı qanununa uyğun olaraq ABŞ-nin Coğrafi Adlar üzrə Şurası tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir.

Biz ABŞ Konqresinin rəhbərliyini Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə xələl gətirən bu cür tədbirlərin qarşısını almağa çağırır və xarici siyasətin həyata keçirilməsinə nəzarət edən qurum kimi Dövlət Departamentindən ABŞ Konqresində erməni lobbi qrupları tərəfindən sui-istifadə edilən bu tip tədbirlərə qarşı müvafiq tədbirlərin görülməsini gözləyirik”.

Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Siyasət
16 sentyabr 2026 324 baxış
Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 324 baxış
Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Siyasət
16 sentyabr 2026 324 baxış
Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Siyasət
16 sentyabr 2026 324 baxış
İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 324 baxış
Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Siyasət
16 sentyabr 2026 324 baxış
100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

Siyasət
16 sentyabr 2026 324 baxış
Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Siyasət
16 sentyabr 2026 324 baxış
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
16 sentyabr 2026 324 baxış
II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

Siyasət
16 sentyabr 2026 324 baxış
Seçilmişlər
icon