Diplomatlar "Laçın" sərhəd-gömrük məntəqəsində
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda akkreditə olunan diplomatik korpusun çoxsaylı nümayəndələri iyunun 24-də “Laçın” sərhəd-gömrük buraxılış məntəqəsində olublar.
Diplomatlar buraxılış məntəqəsində yaradılmış şəraitlə yerindəcə tanış olub və yolun bağlı olması barədə Ermənistan tərəfinin təxribatçı iddialarının həqiqətə uyğun olmadığına şəxsən əmin olublar.
Məlumat verilib ki, iyunun 15-də Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən erməni silahlı təxribatı ilə bağlı hazırda burada istintaq tədbirləri aparılır. İnsidentin baş verməsi faktı barədə xarici diplomatlara ətraflı məlumat verilib.
Bununla yanaşı, qeyd edilib ki, hazırda tibbi yardıma ehtiyacı olan vətəndaşların daşınması üzrə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti üçün şərait yaradılıb. Beləliklə, “blokada” haqqında istənilən iddialar erməni tərəfinin manipulyasiyalarıdır, hansı ki, Azərbaycan tərəfindən istintaq tədbirlərinin aparılması faktından yalançı təbliğat üçün istifadə edirlər. Bununla bağlı diplomatlara ətraflı məlumat vermək üçün onlar Həkəri çayı üzərindəki körpünün qarşı tərəfinə gətiriliblər.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
