Diqqət! | Məhkəmə Vardanyanın həbsi barədə yeni qərar verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı milyarder kimi tanınmış, Rusiya vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığına keçərək özünü Qarabağdakı qondarma rejimin “dövlət naziri” elan edən Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, Ruben Vardanyanın həbsdə saxlanma müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
#Ruben Vardanyan teqi istifadə olunub
- Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV
- Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV
- Vardanyan və digər erməniəsilli şəxslərlə bağlı hiddət doğuran çağırış - Baku TV
- Ruben Vardanyan hökmü regional güclərə ünvanlanan sərt siqnaldır? - AKTUAL GÜNDƏM
- Təcili: Ruben Vardanyanla bağlı yekun məhkəmə qərarı elan olundu - Baku TV
