Donald Tramp "Truth Social" sosial şəbəkəsində Ağ Evdəki görüşün görüntülərini paylaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdəki görüşünün görüntülərini əks etdirən video yayımlayıb.
Videoda liderlərin çıxışlarından parçalar yer alıb.
“Ermənistan və Azərbaycan arasında, həqiqətən, tarixi sülh sammiti üçün hər kəsi Ağ Evdə salamlamaq mənim üçün şərəfdir”, ‒ D.Tramp bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev D.Trampa nizamlanmaya verdiyi töhfəyə görə təşəkkür edib, onun Qafqaza sülh gətirdiyini vurğulayıb.
“Buna görə minnətdarıq. Qarşıdurma, konfrontasiya və qan tökülməsi ilə bağlı səhifəni çevirəcəyik”, ‒ o bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, bu böyük nailiyyət Donald Trampın qlobal lider olmasına, dünya miqyasında dövlət xadimi və sülhməramlı kimi irsinə daha bir sübutdur.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
