Dövlət Xidmətinin rəis müavinindən seçkilərlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində İşçi Qrup yaradılıb.
Bu barədə jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov bildirib.
A.İsmayılov qeyd edib ki, bu İşçi Qrupa Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası və bir çox özəl qurumlar daxildir.
"İşçi Qrupun yaradıldığı ilk gündən tədbirlər planı təsdiqlənib və işimizi qurmuşuq. Qısa müddət ərzində 6 mindən çox məntəqə dayanıqlı internetlə təmin olunub. Həmçinin 1000-dən çox məntəqədə kameralar quraşdırılıb", – deyə A.İsmayılov vurğulayıb.
#Prezident seçkiləri teqi istifadə olunub
- Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı siyasi gündəm indidən canlanır - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Korrupsiya qalmaqalları və seçki tələbi | Ukrayna xalqı nə deyir? - Baku TV
- Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd oldu
- Ukrayna hakimiyyəti demokratik prosesə qayıdış yollarını yenidən müzakirəyə çıxarır - Baku TV
