Dünya bu savaşa bizim istədiyimiz kimi reaksiya vermədi | Simonyandan açıqlama
Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Azatutyun” radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, erməni tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb.
“İkinci Qarabağ müharibəsi başlayanda çox məyus olduq, çünki dünya bu savaşa bizim istədiyimiz kimi reaksiya vermədi. Bunun səbəbi həm də bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan Qarabağda azı 3-4 BMT qətnaməsinə əsaslanan əməliyyat keçirdi”, – deyə erməni spiker etiraf edib.
A.Simonyan həmçinin qeyd edib ki, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər.
“Biz buna imkan verməməliyik”, – deyə o vurğulayıb.
#Ermənistan parlamenti teqi istifadə olunub
- ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?
- Ermənistanda “müdaxilə əlamətləri” olan xarici televiziya proqramları qadağan edildi
- "Bu iddialar müharibə deməkdir" | Ermənistanda kritik tarix: Simonyandan qalmaqallı çıxış - Baku TV
- “Bunun nə vaxt olacağını bilmirəm, amma...” | Simonyandan Bakının açıqlamasına reaksiya - Baku TV
- "2019-cu il sənədi 2016-cı ilə aid sənədlərin xülasəsi olub" | Rubinyandan vacib açıqlama
