Dünya ölkələrindən Müstəqillik Günü təbriki
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizin Müstəqillik Günü ilə bağlı bir sıra ölkələrin nazirlikləri, səfirləri və diplomatik nümayəndələri tərəfindən təbrik mesajları paylaşılıb.
Belə ki, Türkiyə Xarici İşlər Nazirliyinin bayram təbrikində deyilir: “Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Azərbaycanlı qardaşlarımızın qüruruna şərikik”.
İsrailin Azərbaycandakı səfiri Corc Dik “Bayrağınız yüksəklərdə dalğalansın, mədəniyyətiniz çiçəklənsin”, – deyə öz tviter hesabındakı paylaşımında qeyd edib.
Ukrayna Xarici İşlər Nazirliyi də ölkəmizin Müstəqillik Gününü təbrik edib. “Azərbaycanı və bu ölkənin Xarici İşlər Nazirliyini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstək həmişə bizim prioritetimiz olacaq. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq!”, – deyə Nazirliyin sosial media hesabındakı paylaşımında qeyd olunub.
#Müstəqillik Günü (28 May) teqi istifadə olunub
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
- Özbəkistanın müstəqilliyinin 35-ci il dönümü - Baku TV
- Daşkənddə aviaşou, dünya səhnəsinin ulduzları və 3D-şou - Baku TV
- "Regionda mühüm rol oynayırıq" | Pakistan səfirindən vacib mesajlar - Baku TV
