Dünyəvi Azərbaycan modeli hədəfdə | İran nəyə nail olmaq istəyir? - Baku TV
Siyasi şərhçi Elçin Alıoğlu Azərbaycanda dünyəvi təhsil modelinə qarşı etirazların və sosial şəbəkələrdə yayılan çağırışların mümkün xarici təsirlərlə əlaqəli olduğunu bildirib.
O bu barədə Baku TV-nin efirində çıxışı zamanı danışıb.
Şərhçinin sözlərinə görə, məktəblərdə vahid forma məsələsinin siyasiləşdirilməsi cəmiyyətdə qarşıdurma yaratmaq məqsədi daşıya bilər.
E.Alıoğlu İranın ideoloji təsir siyasətinə toxunaraq bildirib ki, rəsmi Tehranın narahatlığının səbəblərindən biri Azərbaycanın güclənməsidir.
“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir”, – deyə siyasi şərhçi vurğulayıb.
O, uşaqların siyasi və ideoloji kampaniyalarda iştirakına da münasibət bildirib. E.Alıoğlu qeyd edib ki, yetkinlik yaşına çatmayanların hüquq və təhlükəsizliyi qorunmalı, onların siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməməlidir.
Şərhçinin fikrincə, bu cür çağırışların qarşısının alınmasında əsas vasitələr təhsil və maarifləndirmədir.
“Bütün xurafatın, mövhumatın, ekstremizmin bir dərmanı var. O da təhsil və elmdir”, – deyə E.Alıoğlu əlavə edib.
#Elçin Alıoğlu teqi istifadə olunub
- NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV
- "Məkkə sazişi" ölkələri münaqişəyə müdaxilə edə bilərmi?
- Səudiyyə Ərəbistanı husilərlə qarşıdurmada tək qala bilər? - Baku TV
- "Çox incə mesajlar verildi" | Azərbaycan və İran prezidentlərinin görüşü barədə şərh - Baku TV
- İran "ölüm"ə yaxınlaşır | Elçin Alıoğlu ABŞ-nin İranla bağlı planlarını açıqladı
