Pleyeri seçin:

Əlaqələndirmə Qərargahının iclası keçirilib

28 noyabr 2023 552 baxış

Noyabrın 28-də Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.

Samir Nuriyev Qərargahın ötən 3 illik fəaliyyəti dövründə dövlət başçısının verdiyi tapşırıqlara əsasən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyini, yeni şəhər və kəndlərin salınması istiqamətində işlərin sürətlə davam etdiyini diqqətə çatdırıb.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq antiterror tədbirləri nəticəsində suverenliyin bərpa edildiyi ərazilərdə zəruri məsələlərin həlli istiqamətində görülən işlər, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə həyata keçirilən işlərin cari vəziyyəti, geri qayıdan əhalinin məskunlaşmasının, təhlükəsizliyinin və dayanıqlı məşğulluğunun təmin edilməsi, azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili ilə bağlı məruzələr dinlənilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsində aparılan işlərə dair məruzə təqdim edilib. Həmçinin Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin iclasın gündəliyindəki məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumatları dinlənilib.

Banner
Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Siyasət
12 oktyabr 2026 552 baxış
İran ideoloji suverenliyimizi sınağa çəkir?

İran ideoloji suverenliyimizi sınağa çəkir?

Siyasət
12 oktyabr 2026 552 baxış
“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

Siyasət
12 oktyabr 2026 552 baxış
Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Siyasət
12 oktyabr 2026 552 baxış
Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Siyasət
12 oktyabr 2026 552 baxış
Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Siyasət
12 oktyabr 2026 552 baxış
"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

Siyasət
12 oktyabr 2026 552 baxış
Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Siyasət
12 oktyabr 2026 552 baxış
Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Siyasət
12 oktyabr 2026 552 baxış
Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Siyasət
12 oktyabr 2026 552 baxış
Seçilmişlər
icon