Əli Əsədovun təsdiq etdiyi qərarın detalları bilindi?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydası məlum olub.
Bu barədə Baş nazir Əli Əsədovun təsdiqlədiyi Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentində qeyd olunub.
Qaydalara əsasən, iclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri Komissiyaların Sədrləri arasında razılaşma ilə müəyyən olunacaq. İclasların və birgə işçi görüşlərin işçi dilləri rus və ya ingilis dilləridir. İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin rəhbərliyi altında keçiriləcək.
Görüşlər Sədrlərin razılaşması ilə bir qayda olaraq növbə ilə Azərbaycan və Ermənistan ərazilərində və ya Azərbaycanla Ermənistan sərhədində və ya üçüncü ölkələrin ərazisində, yaxud videokonfrans formatında keçiriləcək.
İclasların və birgə işçi görüşlərin gündəlikləri, nümayəndə heyətlərinin siyahısı (Komissiyaların üzvləri istisna olmaqla) və protokol məsələləri Komissiyaların Sədrlərinin razılaşması ilə müəyyən olunacaq.
Nümayəndə heyətlərinin tərkibində iştirak edən xarici ekspertlər yalnız nümayəndə heyətlərinin tərkibinə daxil olduqları Komissiyanın adından çıxış edə bilərlər. Komissiyaların razılaşması ilə və birgə sorğu əsasında üçüncü tərəflər iclaslarda və birgə işçi görüşlərdə məşvərətçi yardım göstərə bilərlər.
İclasların və birgə işçi görüşlərin Komissiyalarla təmsil olunan dövlətlərdən birinin ərazisində keçirildiyi hallarda qəbul edən tərəf onların keçirilməsi üçün bütün zəruri şəraiti yaradır, gələn nümayəndə heyətinin bütün üzvlərinin təhlükəsizliyini təmin edir və zəmanət verir.
Komissiyaların Sədrləri başqa cür razılaşmadıqları təqdirdə görüşlər qapalı rejimdə keçirilir. İşçi və razılaşdırılmış sənədlərin layihələri və iclasların, birgə işçi görüşlərin protokolları da daxil olmaqla iclasların və birgə işçi görüşlərin gedişatı və yekunları barədə istənilən məlumat yalnız Komissiyaların Sədrləri arasında ilkin razılaşma olduğu halda üçüncü tərəfə ötürülə bilər.
#Əli Əsədov teqi istifadə olunub
- Əli Əsədov və Thonqlun Sisulit arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV
- "Ailə qurmaq məqsədilə yaradılan ittifaq..." | Azərbaycanda bunlar erkən evlilik sayılacaq - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
- Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edildi - Baku TV CANLI
