Əli Əsədovun ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşü | Mühüm müzakirələr
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazir Əli Əsədov noyabrın 19-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klüqe ilə görüşüb.
Görüşdə Bakıda davam edən COP29-un əhəmiyyəti vurğulanıb, konfrans çərçivəsində iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinin azaldılması ilə bağlı müxtəlif tədbirlərin keçirildiyi qeyd edilib.
Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin ÜST-ün prioritet istiqamətləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.
Söhbət zamanı o cümlədən iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.
#Ümumdünya Səhiyyə Təşkilatı teqi istifadə olunub
- ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI
- Konqoda xəstəxanalardakı çarpayıların sayı 500-dən çox artırılıb
- Ağcaqanadların çoxalmasını sürətləndirən amillər
- Epidemiyadan ölənlərin sayı min nəfəri keçib
- ÜST-dən ölkələrə xəbərdarlıq | Səhiyyədə süni intellekt problemi
