Əməkdaşlar təxliyə edildi | XİN-dən Los-Ancelesdəki hadisə barədə təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kaliforniya ştatında yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi binadan əməkdaşlar müvəqqəti olaraq təxliyə edilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.
Yanğınlarla əlaqədar Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Konsulluğun sosial media hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi yerləşdirilib.
Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb.
#ABŞ teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Körfəzdə növbəti insident: İran qüvvələri Amerika PUA-sını zərərsizləşdirdi - Baku TV
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
