Entoni Blinken İlham Əliyevə zəng etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Blinken ölkəsinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib.
O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.
Dövlət başçısı Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.
İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistanın törətdiyi silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.
#Entoni Blinken teqi istifadə olunub
- Prezidentdən tarixi xatırlatma | ABŞ-yə lazım olanda, biz onlarla idik, amma...
- Tramp "ikinci USAID"i yaradacaq? - Təşkilatın əməlləri ifşa olundu
- Ramil İskəndərlidən USAID-lə bağlı mühüm açıqlama | Faktların hamısı göstərir ki...
- Onlar da Trampın qara siyahısına düşdü | Ağ Ev rəhbəri kimlərin icazəsini ləğv etdi?
- Putin təhlükə altındadır? | Kremldən iddialarla bağlı təcili açıqlama
