Putin təhlükə altındadır? | Kremldən iddialarla bağlı təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Kreml amerikalı jurnalist Taker Karlsonun Bayden Administrasiyasının Rusiya Prezidenti Vladimir Putini öldürməyə cəhd etməsi ilə bağlı sözlərini şərh edib.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidentinə qarşı sui-qəsdlə bağlı Kremlə hər hansı bir məlumatın daxil olub-olmadığına dair sualı cavablandırıb:
“Rusiya xüsusi xidmət orqanlarının ictimai təhlükəsizliyi və dövlət himayəsində olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün daim bütün lazımi tədbirləri görür. Xüsusi xidmət orqanları tərəfindən ilk növbədə Prezidentin mühafizəsi üçün bütün tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, Taker Karlson heç bir təfərrüat və arqument gətirmədən Entoni Blinkenin də bu təşəbbüsün fəal tərəfdarlarından biri olduğunu və V.Putini öldürmək kimi real müharibəyə can atdığını iddia edib.
#Rusiya teqi istifadə olunub
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Yaşayış məntəqələrinə yaxınlaşan ayılar ərazidən uzaqlaşdırılır
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
