Ərdoğan İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə kədərli və sevincli günlərdə hər zaman birlikdə olduğu Can Azərbaycanın həm regionda, həm də onun hüdudlarından kənarda əldə etdiyi nailiyyətlərdən qürur duyur və yüksəksəviyyəli əlaqələrimizi “Bir millət, iki dövlət” ruhunda daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq hissi keçiririk”.
Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda əksini tapıb.
“Qardaşlıq əlaqələrimizin və bənzərsiz əməkdaşlığımızın bizi ortaq inkişaf hədəflərimizə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini məmnuniyyətlə müşahidə edirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm”, – məktubda vurğulanıb.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
