Ərdoğan Qarabağdakı nəticədən danışdı: İlham Əliyevdən Ərdoğana təşəkkür
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi saxta seçki həm Azərbaycanı, həm də Ermənistanı narahat edib”.
Bunu Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, əksinə, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də Azərbaycan müvafiq addım atdı və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar.
Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib”, – deyə Türkiyə lideri qeyd edib.
Ərdoğan həmçinin bildirib ki, antiterror tədbirləri ilə bağlı Prezident İlham Əliyevlə telefon danışığı olub:
“Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və dedi ki, “Yəqin ki, bir daha orada nəfəs ala bilməyəcəklər. Biz işi yenicə bitirdik. Heç bir problem yoxdur. Buna son qoymuşuq”.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
