Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyəti
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev hələ Türkiyədəki prezident seçkilərindən əvvəl, aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışı zamanı qardaş ölkə liderini Azərbaycana dəvət etmişdi.
Əmin idik ki, Türkiyə xalqı Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçəcək və bu seçim Türkiyə qədər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edirdi. Çünki məhz Ərdoğanın hakimiyyəti dövründə qardaş ölkə dünyanın böyük güclərindən birinə çevrilib, əsas söz sahiblərindən olub. Türkiyənin gücü isə onun müttəfiqi, dostu və nəhayət qardaşı olan Azərbaycanı da gücləndirir.
Türkiyə Azərbaycanın yanında olduğu kimi, Prezident İlham Əliyev də hər zaman Rəcəb Tayyib Ərdoğanın yanında oldu. Nəinki ölkə lideri, həmçinin xalqımız da birmənalı şəkildə Ərdoğanı dəstəklədi. Bu mütləq dəstəyin, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Prezident İlham Əliyev seçkilərin birinci turundan sonra Ərdoğana zəng edərək onu yüksək səs faizi topladığına görə təbrik etdi.
Seçkilərin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən məhz Azərbaycan Prezidenti oldu. Türkiyə lideri isə bu qardaşlığın, səmimiyyətin qarşılığında, inaqurasiya mərasimində Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyevaya xüsusi təşəkkür etdi.
Türkiyə ilə ikitərəfli əlaqələrimizin yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləndən sonra ilk səfərini məhz Azərbaycana edir və bu səfər dövlət səfəridir. Qeyd etmək lazımdır ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında dövlət səfərləri ilk sırada, ali səviyyə sayılır. Ərdoğanın məhz ilk dövlət səfərini Şimali Kiprin ardınca Azərbaycana etməsi də dövlətlərimiz arasındakı münasibətlərin ən yüksək həddinin, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsinin nümayişidir və bu qardaşlıq Prezident İlham Əliyevin 2022-ci ilin mayında keçirilən “TEKNOFEST Azərbaycan” festivalında dediyi kimi, yüksələn xətlə davam edəcək.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
