Ərdoğanla Makronun görüşündə diqqətçəkən məqam
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Tərəflər Türkiyə-Fransa münasibətlərini, Rusiya-Ukrayna və Ərəb-İsrail münaqişəsini, regional və qlobal məsələləri müzakirə ediblər.
Müzakirə olunan məsələlər arasında Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi də yer alıb.
“Respublika prezidenti regionda yeni səhifə aça biləcək sülh müqaviləsinin ən qısa zamanda bağlanması məqsədilə Ermənistan və Azərbaycan arasında davam edən dialoqa dəstəyimizi bir daha təsdiqlədi”, – E.Makronun ofisinin bəyanatında deyilir.
R.T.Ərdoğan ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının vacibliyini vurğulayaraq Türkiyənin AB-yə üzvlük prosesinin bərpası üçün dəstək gözlədiyini də qeyd edib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
