Erməni alimlər öz tapıntıları ilə yalanlarını ifşa etdilər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Rus akademikin erməni arvadına görə törətdiyi tarixi cinayət” adlı süjet hazırlanıb.
Verilişdə İrəvan şəhərinin geniş tarixindən, bu qədim türk şəhərini ermənilərin necə “özününküləşdirməsi”ndən və erməni tarixçilərin İrəvanla bağlı etiraflarından bəhs olunur.
Bildirilib ki, XVIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının mərkəzi və indi Ermənistan adlanan dövlətin paytaxtı olub:
“Bu şəhər 1441-ci ildən, Cahan şah dövründə Qaraqoyunlu əmirləri buranı zəbt etdikdən sonra məşhurlaşıb. O dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər tərəfindən zəbt olunub.
Sonuncu İrəvan sərdarı da daxil olmaqla İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və farslar tərəfindən 33 xan idarə edib. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, İrəvan şəhəri Azərbaycanın tərkibində Rusiyaya birləşdirilib”.
Qeyd olunub ki, yalnız ilk dəfə 1918-ci ildən İrəvan erməni şəhəri kimi rəsmiləşib:
“1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cümhuriyyəti hökumətinin İrəvanı ermənilərə güzəştə getməsi ilə bu şəhərin yeni erməni tarixi uydurulmağa başladı. Tezliklə şəhərin əski simasını dəyişdirən ermənilər nağılçıların köməyi ilə yeni saxta tarix uydurdular. Bu saxta tarixi hər daş, hər tapıntı ifşa edir. İrəvanın tarixi və araşdırması ilə məşğul olan erməni alimlər də öz tapıntıları ilə erməni yalanını ifşa edirlər”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
