Erməni baş nazir yenidən "yalan maşını"nı işə saldı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet efirə gedib.
“Nikol öz xərclərini Azərbaycanın xərcləri kimi göstərməyə çalışır” adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə keçirdiyi mətbuat konfransında yenidən “yalan maşını”nı işə salmasından bəhs olunur.
Bildirilir ki, Baş nazir Azərbaycan Konstitusiyasında Ermənistana qarşı iddiaların olduğunu iddia edir:
“Halbuki Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yer almır, AXC-nin varisi olmaq məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur. Ermənistan Konstitusiyasında açıq mətnlə yazılır ki, “İstiqlal Bəyannaməsinin müddəalarının icra edilməsi hakimiyyətin vəzifəsidir”.
İstiqlal Bəyannaməsinin əsas müddəalarından biri də qondarma “miatsum”un reallaşması – Qarabağın Ermənistana birləşdirilməsidir. Bu baxımdan Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh sazişinin imzalanması regionda sülh perspektivini təhlükə altına atır. Ermənistan hakimiyyəti bunu icra etmək niyyətində deyil.
Nikol Paşinyan da “Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var” iddiası ilə Bakının Ermənistanın ərazi iddialarının yer aldığı mövcud Konstitusiyasının dəyişdirilməsi tələbinə qarşı əks-həmlə etməyə çalışır. Məqsədi Konstitusiya tələbini gündəmdən çıxarmaq, Azərbaycana qarşı ərazi iddiasını hüquqi müstəvidə saxlamaqdır”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
