Erməni ekspert Paşinyan hakimiyyətini sərt tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda hərb sahəsində nöqsanlardan bu dəfə onlar özləri danışıblar.
Erməni hərbi ekspert Van Ambarsumyan Azərbaycanın qalib çıxdığı Qarabağ müharibəsini növbəti dəfə şərh edib.
Ekspert bildirib ki, 30 illik işğal dövründə onların ordunu gücləndirmək üçün yetərincə şansları olsa da, heç bir iş görməyiblər:
“Ermənistan Qafqazın ən güclü silahlı qüvvələrindən biridir” deyərək yalandan dünyaya səs salmaqdansa, müharibəyə hazırlaşmaq lazım idi. Güclü olmağımız barədə illüziyalar yaratsaq da, bir çoxumuz yaxşı bilirdik ki, əslində belə deyil. Ermənistan hakimiyyəti taktiki raket komplekslərinin dörd buraxılışını və s. silah-sursat alaraq bunları paradda vətəndaşlara nümayiş etdirdi. Beləliklə insanlar düşünürdülər ki, bizim güclü sursata malik silahlı qüvvələrimiz var, heç kim bizi məğlub edə bilməz. Amma reallıq tamam başqa idi”.
Van Ambarsumyan əlavə edib ki, Ermənistan hakimiyyətinin bunu qəbul etməsi minlərlə cavanın qanı bahasına olsa da, Azərbaycan Silahlı Qüvvələri hər zaman Ermənistandan üstün olub.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
