Erməni keşişə dəstək məktubu göndərən kimdir? | Aksiya davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda keşiş Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” aksiyası davam edir.
Lakin Tavuşda başlayan aksiyanın öz mahiyyətindən çıxması fonunda baş verən proseslər, yəni gah irəli sürülən Nikol Paşinyanın istefası tələbi, gah tarixə qovuşan qondarma rejimin bərpasına dair edilən çağırışlar etirazın məqsədinin daha genişmiqyaslı olduğunu deməyə əsas verir.
Aksiyaya həm də kənar qüvvələrin dəstəyi müşahidə olunur. Bu baxımdan Ermənistanı özünün qırmızı xətti hesab edən İran yenidən gündəmə gəlib.
Belə ki, bir neçə gün bundan əvvəl Tehrandakı erməni yeparxiyasının rəhbəri Ter-Sepuh Sarkisyan Baqrata İrandakı erməni icması adından dəstək məktubu göndərib və bu hərəkatı “yeni Avarayr” adlandırıb.
Qeyd edək ki, Avarayr döyüşü 451-ci ildə sasanilərlə onların əsarətinə qarşı üsyan edən və Vardan Mamikonyanın başında dayandığı ermənilər arasında baş verib. Keşiş B.Sarkisyanın da Ermənistandakı yürüşləri “Vətən və imanı qorumaq naminə yeni Avarayrın” təbliği kimi təqdim etməsi üsyançıları qızışdırmaqdan başqa bir şey deyil.
Bəs bu, aksiyalarda İran izinin olmasını deməyə əsas verirmi?
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
