Pleyeri seçin:

Erməni memar etiraf etdi - İrəvanda ermənilər yaşamayıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

20 fevral 2024 506 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Təpəbaşı – oğurlanmış şəhərin sızıltısı” adlı veriliş hazırlanıb.

“İrəvan türklərinin mədəni irsinin sübutu olan məkan” adlı verilişdə qədim Azərbaycan şəhəri olan İrəvanın tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu kimi qalan Təpəbaşı məhəlləsindən bəhs olunur.

Bildirilib ki, tarixi İrəvan şəhərinin əsas məhəllələri Əski şəhər (Şəhri), Dəmirbulaq və Təpəbaşı olub və XX əsrin əvvəllərinə qədər bu məhəllələrdə azərbaycanlılar yaşayıblar:

"1728-ci ildə Osmanlı dövlət məmurları tərəfindən tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə, bu dövrdə İrəvan şəhəri dörd məhəllədən – Köhnə şəhər, Dəmirbulaq, Dərəkənd və Təpəbaşı məhəllələrindən ibarət olub. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşib, ona görə də Təpəbaşı məhəlləsi adlandırılıb.

Təpəbaşında karvansaralar, hamamlar, dükanlar yerləşib, memarlıq abidələri ilə də zəngin olub. İrəvanın nüfuzlu şəxslərinin evləri də Təpəbaşında yerləşib, ona görə burada bağlar çox idi. Bütün bunlara görə Təpəbaşı İrəvanın digər məhəllələrindən fərqlənib".

Diqqətə çatdırılıb ki, indi ərazisinin 16 hektarı qalan Təpəbaşındakı abidələrin qalıqları da buranın Azərbaycan xalqının tarixi-mədəni irsinin bir parçası olduğunu sübut edir:

“Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində – 1918-1920-ci, 1948-1953-cü, 1988-1991-ci illərdə süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib.

İndi ermənilərin Kond adlandırdığı Təpəbaşı İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə ermənilər tərəfindən xarabalığa çevrilib”.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 506 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 506 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 506 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 506 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 506 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 506 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 506 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 506 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 506 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 506 baxış
Seçilmişlər
icon