Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçə mahalı minalardan təmizlənir və boşaldılır.
Bu barədə erməni politoloq Armine Adibekyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan qoşunları sözügedən ərazilərdən çıxarılır:
"Qoşunlarımız Çəmbərəkdən və Cildən çəkilməyə başlayıb. Onlar çox vacib mövqelərdir, Tavuşun mövqeləri qədər mühümdür. Artıq Basarkeçər (Vardenis) bölgəsində kəndlər boşaldılır, yəni əhali öz evlərini tərk etməyə məcbur edilir.
İnsanlara nə vəd veriblər, bilmirəm, amma hələ də bu haqda danışmırlar. Hər halda Azərbaycanın planına görə, onlar Kəlbəcərdən Göyçəyə girəcəklər, Göyçə gölünü böləcəklər, oradan Paşalıya (Vayk) girəcəklər, sonra Ermənistanı Zəngəzurdan uzaqlaşdıracaqlar".
Qeyd edək ki, Cil kəndi Göyçə gölünün sahilində yerləşən 5 kənddən biridir.
#Ermənistan teqi istifadə olunub
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
