Erməni politoloqun Azərbaycan qorxusu: Paşinyana od püskürdü
Yeniliklərdən dərhal xəbərdar olun
“Paşinyan 8 məşhur kəndin qaytarılmasından danışanda çoxları bunun hansı təhlükələr yaratdığını dərk etmir”.
Bu sözləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılması haqda qeyd edib.
O bildirib ki, kəndlərin qaytarılmasının “heç bir rasional mülahizəyə sığmaması” ilə yanaşı, başqa mühüm nüanslar da var:
“Birincisi, Azərbaycanın tələbləri qarşılıqlı razılaşmaları deyil, Ermənistana birtərəfli güzəştləri nəzərdə tutur. İkincisi, Azərbaycanın nəzarətində olan ərazilər var, lakin Azərbaycan onları təslim və mübadilə üçün hazırlamır. Üçüncüsü, Azərbaycanın məqsədi “8 erməni kəndi”nə nəzarət etmək deyil, Ermənistanın strateji kommunikasiyalarına nəzarət etmək və ölkəmizin həyat qabiliyyətini sıradan çıxarmaqdır. Çətir altında fəaliyyət göstərən hakimiyyət “Sülh naminə” şüarı ilə bu ərazilərin təslim edilməsini təbliğ edərkən, Azərbaycan yeni ərazi və regional iddialar irəli sürür”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
