Erməni qonşumuz Heydər Əliyevin şəklini evimizdən oğurlamışdı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov olub.
“Tarixi torpaqlarımıza qayıtmaq hər birimizin haqqıdır” söyləyən müsahib Qərbi Azərbaycanda soydaşlarımıza qarşı bəslənilən ögey münasibətdən, diskriminasiya və ayrı-seçkilikdən söhbət açıb.
Bildirib ki, 1980-ci illərdə saqqallı ermənilər tərəfindən İrəvanda məscid və məktəb yandırılıb, evlərə hücumlar təşkil edilib. Bunun da nəticəsində həm məktəbdəki azərbaycanlı müəllimlərin və şagirdlərin, həm də ümumilikdə İrəvanda yaşayan soydaşlarımızın həyatı təhlükə qarşısında qalıb.
T.Qasımov qonşuluqda yaşayan erməninin onların evindən ulu öndər Heydər Əliyevin şəklini oğurlamasına da diqqət çəkib. Bildirib ki, bir Azərbaycan türkü kimi ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunması, böyük hörmət və nüfuz qazanması erməniləri daim narahat edib.
Bir müddət əvvəl İrəvana gizlin səfər edən, vaxtilə yaşadığı binanın həyətində çəkilişlər aparan T.Qasımov şəhərdə gördüyü acınacaqlı vəziyyətə də diqqət çəkib. Bildirib ki, yoxsulluq, kədər, ümidsizlik ermənilərin üzlərindən oxunur, həyat tərzlərindən görünür.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
